Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Ustad Kəlami Mus : Ustad Davud Əlizadənin repertuarından Aranjıman : Fəriborz Xatəmi Video : Kanal 12
Kərbəla qibləyi eşqimdir mənim Ürəyim dəftəri məşqimdir mənim Yazaram ruhuma reyhandır ağam Aləmin dərdinə dərmandır ağam
Bu Hüseyn zikri, şərafətdir mənə Süd verəndə anam öyrətdi mənə Bu qara köynəyim izzətdir mənə Mən gədayəm mənə sultandı ağam Aləmin dərdinə dərmandır ağam
Demərəm məqsədimə yetməmişəm Vacibat əmrini tərk etməmişəm Mən ki, ayrı qapıya getməmişəm Can fəda eşqinə canandır ağam Aləmin dərdinə dərmandır ağam
Gözümə çəkmə behiştin bağını Min bağa verməm onun dırnağını Öpərəm Kərbubəla torpağını Deyərəm şahi-şəhidandır ağam Aləmin dərdinə dərmandı ağam
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!