Seyyid Taleh - Ey Analar Anası Söz : Mərhum Ustad Hacı Yaşar Cahid Qəzəl : Mirzə Dahi Mus : Mərhum Ustad Hacı Yaşar Cahid
Müşayiət : Ağaəli Əfəndiyev Aranjıman : Cəmil Zamani
Sözlər: Fatimə, Fatimə ey Peyğəmbər balası. Həsənin Hüseynin ey mehriban Anası.
Ey Analar Anası. Analar rəhnüması.
Sən nuru Müstəfa, həm ziyayi Mürtəza. Ruzi həşridə Mömin xilası Fatimə.
Siddiqə, Tahirə, Mübarəkə, Zəkiyyə. Raziyyə, Mərziyyə, din ziyası Fatimə Xəlqi - aləm səbəbi Həzrəti - Zəhradə imiş, İki dünya evinin zinəti Zəhradə imiş.
Çarə yox ümmətə gəlməzsə Qiyamət Xanımı, Demə Məhşər gününün hörməti Zəhradə imiş.
Ey əmoğlu! Öz əlinlə mənə ver qüsl dedi, Aləmin dərdi, qəmi, möhnəti Zəhradə imiş.
Etdi öz canını bir gün Şəhi - mərdanə fəda, Neçə mərdanələrin qeyrəti Zəhradə imiş.
Tanrının şirinə tapşırdı Hüsenlə, Həsəni, Analar mərhəməti, şəfqəti Zəhradə imiş.
İncə qəlbi ata hicranına tab eyləmədi, Saleh övladlərin xiffəti Zəhradə imiş.
Ona gəl - gəl dedi Peyğəmbərmiz, vəqti yetib, Ali dərgəhdə belə həsrəti - Zəhradə imiş.
Nabinalər dəxi naməhrəm idi ol pakə, Yeddi yer, yeddi göyün isməti Zəhradə imiş.
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!