Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Naim Mus : Muəyyiri Aranjıman : Fəriborz Xatəmi Rejissor : Qafar Xətib TV
Zəhra, Əlidən olmusan aralı Heç kəs mənə səndən olmaz vəfalı Hər qəmdən artıq bu dərdə düçaram Getdin məzarə, yaralı, yaralı Ay Əlinin şəhidə nigarı Ay solan gül kimi növbaharı Ay Əlinin sınan zülfüqarı Ay ya Zəhra …
Sili yeri qaldı nili üzündə Tar oldu dünya o qəmli gözündə Tək qaldı Heydər bu aləmdə sənsiz Əhvalıma ağla Zəhra özündə Kaş, bu qəmlər canımı alaydı Kaş ayağdan Əlini salaydı Mən öləydim Fatiməm qalaydı Ay ya Zəhra …
Yerdə Hüseynin sənə sinə dağlır Göydə Mələklər sənə qara bağlır Zeynəb qəmində ürək dağlayanda Ağlar qızınla yer ağlır, göy ağlır Gəl ürək ver bu mədhuşə Zəhra Qəm sinəmdə gəlib cuşə Zəhra Dur Hüseyni al ağuşə Zəhra
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!