Seyyid Taleh Boradigahinin yeni ilahisi "Hacı Şahin" Ustadın əziz xatirəsinə həsr olunur YouTube'da yayımda.
Söz : Pünhan Əzim Mus : Orxan Mürvətli Aranjıman : Teymur Şahmarov Operator : İmansoy Səbuhi Rejissor : Elçin Ağazadə
Hacı Şahin
Açdı insanlığa çöhrəndə təbəssüm çiçəyi Bizə öyrətdi bəşər qəlbini fəth eyləməyi Əhli-beytin yolu görsənməsə rəftarında Hamı görməzdi o məsumluğu rüxsarında
Sən gedəndən baxaraq rəsminə məftun-məftun Kərbəladan dediyin sözləri xatırlamışıq Cümələr boylanaraq minbərə məhzun-məhzun Əli sevdası hopan gözləri xatırlamışıq
Sənə qəlbində yananlar yığışıb ağlasalar Bəlkə dünyaları qərq etmək olar göz yaşına Necə sağlıqda yığardın bizi Məşhəd Dadaşa(Allah evinə) İndi cansız cəsədin yığdı məzarın başına
Nəqarət Sən gedəndən hacı Şahin hacı Şahin demişik Nə dualar deyilib ruhuna amin demişik Sənə Ruhani müəllim sənə ustad sənə dost Hər birindən qabaq amma sənə mömin demişik
Sən xətibsən sözü hikmət bulağınnan su içən Sən ədibsən bizə irfani yaşam dərsi keçən Sən çıraqsan üzü eşqin günəşindən nur alan Sən ocaqsan közü zülmətlərə ay nuru salan
Rəhmət olsun sənə ey xütbəsi dəvət səbəbi Səslədin ümməti Allahına Peyğəmbərinə Özgə insanların olduqca hidayət səbəbi Özgə taleyləri iz saldı əməl dəftərinə
Sənə ustad kimi qiymət verib ustadlarımız Bir də yüksəklərə yüksəlmiş adın yüksələcək Böyüyür xütbələrinlə bizim övladlarımız Gələcək günlərimizdən sənin ətrin gələcək
Nəqarət Sən gedəndən hacı Şahin hacı Şahin demişik Nə dualar deyilib ruhuna amin demişik Sənə Ruhani müəllim sənə ustad sənə dost Hər birindən qabaq amma sənə mömin demişik
Hara getsək Hacı Şahin deyilib can demişik Sənə sevdalı könül məbədin ünvan demişik Sənə təqvalı,sədaqətli,səxavətli hacı Hər birindən qabaq amma sənə insan demişik
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. P
#SeyyidTalehBoradigahi #HacıSahin #SeyyidTaleh
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!