Seyyid Taleh Boradigahinin yeni ilahisi "O Allahın Aslanı " YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz/Mus : Rəşad Rəyyan Aranjıman : Teymur Şahmarov Strings: @balance_strings
O Allahın aslanı Əlidir Əli, O sevginin dastanı Əlidir Əli, Aləmlərin Sultanı Vəlidir Əli
Eşqində divanəyəm Dəliyəm dəli...
O canlara nəfəsdi candı, Elmi əhatəli cahandı, Zülməti nur ilə dolduran, Günəş kimi işıq saçandı.
Peyğəmbərin təməl timsalı, Səxavəti dərya misalı. Ədalətlə edər qəzavət, Misqal ilə zərrə əmsalı...
Kafər onu görəndə bilməyir hara qaça, Məhv eyləyər düşməni qılıncı iki haça Yəqinimiz var buna, xəndəkdəki zərbənin, Məhşər günü Nəbimiz o gücün sirrin aça.
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!