Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Cavan Ana" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Denən niyə yaralı ana Gözlərini bağlıyırsan Məni görəndə hər gecə Yavaş-yavaş ağlayırsan Neçə gecə yanında mən Cavan ana yatmamışam, Görəndə vaxtı qolunu Gözlərimi bağlamışam Vay, ay cavan ana Sinəsi çox sınan ana Ürəyi çox yanan ana
Mənim anam həyalıdır Mədinənin maralıdır Yavaş qoyun məzarına Qolu sınıb yaralıdır
Hanı o mehriban anam Mənə əzizi can anam Hayanda mənzil eyləyib O qəbri bi nişan anam
Mənim anam difa edib Vilayəti nigaridən Atam Əli vəfa görüb O yari ba vəqaridən Nələr çəkib az ömrüdə Bu qəmli ruzigaridən
Söz : Ustad Kəlami Mus : Mahmud Kərimi Muşayiət : Anar Aranjıman : Fəriborz Xatəmi
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #CavanAna #SeyyidTaleh
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!