Bacı gəl rövnəqi pərgarı cəlalım dağılıb Gülşəni ali Əli zülmü sitəmlə dağılıb Qəddi şəmşad ələmdar, ələm tək yıxılıb Ağla bacı, necə gör qafilə salarım ölüb
Saldı atdan üzü üstə ədu meydana bacı Qolların bir tərəfə, cismini bir yana bacı Lalə tək başdan ayağa boyanıb qana bacı Oldu bağrım daxi qan, nasiri qəmxarım ölüb
Gəlməyi olmadı mümkün bacı, yandırdı məni O qədər yara vurublar dağılıb gül bədəni Parə-parə quru yer üstə qalıb, yox kəfəni Parələndi ciyərim yarı vəfadarım ölüb
Dur belin bağla, əsir olmağa dilyarə bacı İzzətin getdi daha, sal başına qarə bacı Səni həsrət elədi düşmən ələmdarə bacı Bircə qaldım bacı mən, cümlə həvadarım ölüb
Ağlamaqdan tutulub gəlməyir ey bacı səsim Kəsrəti dərdi dilimdən kəsilibdir nəfəsim Qalmadı ah mənim bircə nəfər dad rəsim Varisi mənqəbəti Heydəri Kərrarım ölüb
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!