Seyyid Peyman Boradigahinin yeni ilahisi "Ya Rəsuli Ya Muhəmməd" Türkiyə /İzmir YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz :Muhəmmədi Vilayi Musiqi :Anonim Aranjman : Teymur Şahmarov
Allah Allah Allah Allah Eşqimsən Ya Rəsulallah Yox mislin dünyadə vallah Ya Muhəmməd Ya Rəsulallah
Allahın izzətli həbibi Ürəklərin gözəl təbibi Şükr ola Allaha ki eşqin Olubdur qəlbimin nəsibi Ya Rəsuli Ya Muhəmməd (2) Ya Muhəmməd(2)
Sənsən dünyadə sultanım Uğruna fədadır canım Aydındır səninlə hər yanım Ya Muhəmməd Ya Rəsulallah
Şəninə heyrandır fələklər Başın əyər sənə mələklər Zikr olunanda gözəl adın Sakit olar aşiq ürəklər
Rəhmətsən rəbbi ğəfurə Ayə ayə surə surə Dünyanı döndərdin nurə Ya Muhəmməd Ya Rəsulallah
Fəzlinə dünyada say olmaz Sənin kimi gözəl ay olmaz Hamı gözəllər dura səfdə Sənə gözəllikdə tay olmaz
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!