Seyyid Peyman Boradigahi və Seyyid Hüseynin Boradigahinin yeni ilahisi "Fatimə Doğum Günün Mübarək" YouTube'da yayımda.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz :Hacı Şahin Həsənli Musiqi : Faiq Güləhmədov Aranjman : Teymur Şahmarov Rejissor : Ravin Əliyev
Dünyaya açdı gözün xanımların sərvəri Geyib bayram libasın şad edek peyğəmbəri Göylər yerlər səslənir doğum günün mübarək Onların təbrikinə gəlin bizdə səs verək
Fatimə Fatimə doğum günün mübarək Anaların sevinci tutsun hər yanı gərək Adınla ilham alıb bu gün bütün Analar Bu bayram şənliyində qəmli üzlər güləcək
Analar bayramıdır qəlblərdən çıxsın kədər Fatimənin adına qoşaq şirin kəlmələr Anaların Anası xanımlar xanımısan Yerlərdən göyə saçan bir parlaq ulduzusan
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!