Seyyid Taleh Boradigahinin yeni ilahisi "Nəsib Eylə" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Hacı Rövşən Mus : Farxod Niftiyev Mix, master : Fəriborz Xatəmi Aranj : Farxod Niftiyev Video Montaj : Vadim Eyvazov
Sözlər :
Peyğəmbəri sevən kəslər Ailəsinə, sevgi bəslər. Bu sevgi ilə uca səslə, Allahın bu cür səslər. Nəsib eylə bizə Allah Rəsulullah ziyarətini, Nəsib eylə bizə Allah Rəsulullah şəfaətini. Kərəm eylə bizə Allah Rəsuluna olağ qonaq, Kərəm eylə bizə Allah Muhəmmədin ətrin duyaq
Eşqi yaşadıb Salmanı, Miqdad kimi pak insanı. Rəsulullah sözü ilə, Bilal verib ilk azanı. Sevir Allah sevir bizi Dinləyə kaş zikrimizi Muhəmmədin eşqi üçün Genişləndir qəlbimizi
Nəqarət Can aşiq qurban edər Ömrünü o verməz hədər Söhbət edər Allah ilə Hər gecəni sübhə qədər Görür Allah bəndəsini Sevməmişəm özgəsini Görməsin O bizlərə çox Rəsulullah sevgisini
Nəqarət Dilimdədir zikri Allah Mühəmmədin Rəsulullah Ağam Əli Vəliyullah Sübhan Allah, Sübhan Allah Ya Rəbb Əli hörmətinə Rəsulullah izzətinə Mühəmmədin Ümmətini Qərq elə öz rəhmətinə Nəsib eylə bizə Allah Rəsulullah ziyarətini, Nəsib eylə bizə Allah Rəsulullah şəfaətini. Kərəm eylə bizə Allah Rəsuluna olağ qonaq, Kərəm eylə bizə Allah Muhəmmədin ətrin duyağ
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #NesibEyle #SeyyidTaleh
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!