Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Zeynal Abidin Ağa" YouTube'da yayımda.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz/Mus : Anonim Aranj : Fəriborz Xatəmi
Zeynal Abidin ağa
Allah Allah həzrəti Səccad ağam can üstədir, Üz tutubdu Kərbəlayə ruhu qəmdən xəstədir.
Zeynal Abidin ağa dərdimə dərman ağa, Zeynal Abidin ağa dərdimə dərman ağa.
Xar olaydı aləmi bir ləhzə aram olmadı, Soldu gül amma ağam Səccada bənzər solmadı. Nəşi üstündə vəfalı əmməsi baş yolmadı, Munisi dərdo ələmdi möhnətə dilbəstədi.
Zeynal Abidin ağa dərdimə dərman ağa Zeynal Abidin ağa dərdimə dərman ağa
Höccəti ruyi zəmin can verdi dünya ağladı Dözmədi hicranına ərşi Sürəyya ağladı Geydi qara aləmi mənadə Yəhya ağladı Ağlasa yüz iyirmi dörd min ənbiya şayəstədi
Zeynal Abidin ağa dərdimə dərman ağa Zeynal Abidin ağa dərdimə dərman ağa
Bu əsiri Kərbəladır, cismidə var yarası Rahat oldu qüssədən dünyada qəlbi parəsi Aləmin çülqar üzün bu qəmdə zülmət qarası Allah Allah Həzrəti Səccad ağa can üstədir
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!