Seyyid Peyman Boradigahinin yeni mərsiyəsi "Biz Həsrətdəyik Sən İraqda" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz Cahangeşt Ələkbərli Musiqi Anonim Aranjman Muctəba
Sözlər :
Biz həsrətdəyik sən iraqda Çox uzaqda çox uzaqda Yanır qəlbimiz bu fəraqda bu fəraqda bu fəraqda
Arzu etmişdim nəsib ola mənə Dəvətin gəlsin qonaq olum yenə Eyləyim təzim salam verim sənə bu Ərbəində
Dostlarım gəldi o qanlı torpağa Neyləmişdim ki çağırmadın ağa Qaldı karvanə gözüm baxa baxa bu Ərbəində
Nəhri əlqəm də batan aya salam Kaş Əbəlfəzlə yenə qonaq olam Kərbəlasız mən axı necə qalam bu ərbəində
Kaş gəlib nohə deyərdim Əkbərə Kaş gəlib laylay çalardım Əsğərə Olmadı qismət mənə bu mənzərə bu Ərbəində
Qəbri şeşguşə bu səbri sındırar Həsrətin candan məni usandırar Şöleyi ahım cahanı yandırar bu Ərbəində
Tək deyilsən sən mən olmasam belə Eşqi karvanı yanındadır hələ Hər birin zəvvar kimi qəbul elə bu Ərbəində
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!