Seyyid Taleh Boradigahinin yeni ilahisi "Əbəlfəzl Gəldi Dünyaya" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Bu mövlud nəğməsi əziz dostum Kərbəlayi Samirin maddi dəstəyi ilə ərsəyə gəlib. Allah əziz Samiri və bizi həzrət Əbəlfəzl Abbasdan ayrı salmasın
Söz : Hacı Elşən Xəzər Mus : Orxan Mürvətli Aranj : Fəriborz Xatəmi, Teymur Şahmarov
Hüseyni səsləyin yarı Əbəlfəz gəldi dünyaya Uzun qollu ələmdarı Əbəlfəz gəldi dünyaya
Verin müjdə cahan bilsin Qoca bilsin cavan bilsin Əlinin dövləti varı Əbəlfəz gəldi dünyaya Mələklər şadi-xürrəmdir Baş üstə hurilər cəmdir Doğuldu həqq tərəfdarı Əbəlfəz gəldi dünyaya
Gözün aydın şəhi-mərdən Sənə bir pay verib yəzdan Günahkarlar xilaskarı Əbəlfəz gəldi dünyaya Üzü ziba gözü Şəhla ləbi derya boyu tuba İmamət bağının barı Əbəlfəz gəldi dünyayə
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!