Seyyid Taleh Boradigahinin yeni ilahisi "Nazənin Zəhra" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Ömrünün şəmi ilahi sönən ey vay Gecə tabutu məzarə gedən ey vay Əyyuhəl aləm, xəbərdar ol xəbərdar Anasız qaldı Huseynlə Həsən ey vay
Od vurub aləmə dərdin Ağlaram mən sənə hər gün Ey Xanım Zəhra Munisi Taha Qəlbimi qüssədən Fatimə böldün Gül kimi tez saralıbsan cavan öldün
Gözlərin aç, yatma Zəhra Ay misalı batma Zəhra Nazənin Fatimə ya Hənnanə Zəhra Durrətul bəhruş şərəf, dürdanə Zəhra
Gülünün şaxəsi əldən üzülən vay Göydə ulduz kimi dən-dən düzülən vay Tab içində yanan ey Zəhraye məzlum Alnına tərləri çin-çin düzülən vay
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!