Fatimə nuri Xudayi əzəlidir Fatimə həmsəri məhbubi Əlidir Qəddi xəmidə Oldu şəhidə Quslunu verdi Murtəza sinəsi yarə Zeynəbi qoydu bağrı qan, getdi məzarə Ya Zəhra …
Gülmədi gül üzü Peyğəmbər evində Doqquz il dözdü qəmə, Heydər evində Sinəsi dağlar Gözləri ağlar Güllərinə sübhə kimi lay-lay oxurdu Kərbubəla şahına köynəyin toxurdu Ya Zəhra …
Qapımız tək ürəyim yandı qəmində Ay göyərçin hara uçdun hərəmindən Xəstədi canım Yoxdu təvanım Gülşəni qəlbimi səadət suyu tutmaz Fatimə can bu dərdimi heç quyu tutmaz Ya Zəhra …
Həsənim sinəsini hər gecə dağlar O para sırğanı tez-tez öpər ağlar Ləbləri titrər Zeynəbi istər Sübhə kimi Zeynəbim oxşar Həsən ağlar Nalələrin eşitsə yoldan keçən ağlar
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.