Seyyid Fariq Boradigahinin yeni mərsiyyəsi "İmamımız Baş Əymədi Zillətə" YouTube'da yayımda.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz/Mus : Anonim Aranjıman : Fariborz Xatemi
Bu növhənin ərsəyə gəlməsində maddi və mənəvi dəstəyinə görə, Kərbəlayi Eşqin qardaşıma minnətdaram!
Hüseynin adı ki, od salıbdır ürəklərə Şərəf yolun Huseyn öyrədibdir fələklərə Müsəxxər eyliyibdir Hüseyn adı aləmi Salıbdı vəlvələ eşqi Mövla mələklərə
Bu eşqimiz alovlanar sinədən Xəbislər baxar yanar kinədən
İmamımız baş əymədi zillətə Verib şərəf Hüseyn qanı millətə
Qeyrət əhli həmişə izzətlidir Bu aşiqlər Hüseyni qeyrətlidir ******* Biz ki, moci tək dəryalardan ucalmışıq Həbibə bənzərik gər cavan ya qocalmışıq Qarabağı alıb erməni nəslini kəsib Biz Əhlibeytidən qeyrəto izzət almışıq *** Qan ilə saxlarıq biz Huseynin Hərəmlərin Gətirrik ehdizarə zuhurun ələmlərin Nə qorxumuz ki var canlarımız hədər gedə Gərək bu canları biz Hüseynə fəda edək
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.