Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Zeynəbin Qurbanları " YouTube'da yayımda.
Bütün musiqi platformalarından dinləyə bilərsiniz ⤵️ http://musicwe.co/yerlerhuseynequrban
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz, mus : anonim Aranjıman : Fəriborz Xatəmi
Məddah Cavad Rəsuli Zəncaninin ifalarından götürülüb ..
Zeynəbin qurbanların qardaş amandır, sal yola Eyləmə məyusidir başə dolandır, sal yola
Rahi eşqə yox bulardan qeyri zadi rahilə Zeynəbi məzluməni gəl naümüd etmə belə Bəndəqani Əkbərə ver izni cəng azad elə Zeynəbə bu mərhələ xoş imtahandır, sal yola
Bu iki gül yadigari Cəfəri Təyyaridir Fi səbilillah həmişə talibi peykaridir Gər bular nəvvadeqani Heydəri Kərraridir Bunlara şəhdi şəhadət nuşi candır, sal yola
Zeynəbəm, cəngi təvəssül vurmuşam damanına Mən səni yalqız görüb, şövqilə gəldim yanına Olsa min oğlum, fəda qıllam bu yalqız canına Çün bu sevda iftixari cavidandır, sal yola
Şənivə gərçi bular layiq deyillər ya Hüseyn Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyn Qıl təsəddüq başə qardaş az yubandır, sal yola
Bunlara məşqi cidalo-cəngi mən öyrətmişəm Məktəbi dəva seçib çox fəslo-fənn öyrətmişəm Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm Yatmayıbdır sübhə tək dərsi rəvandır, sal yola
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.