Göylərdəki Məlaik, yeksər Huseynə qurban Yüz min qoşun dalında, Zəfər Huseynə qurban Peyğəmbərin şəbihi, Əkbər Huseynə qurban Üz,göz qana boyanmış, Əsğər Huseynə qurban
Su üstə ki, kəsilmiş, əllər Huseynə qurban Dəryaye qanə batmış, leşgər Huseynə qurban Ağ saqqalı hənalı, nokər Huseynə qurban Bir cüt susuzdan ölmüş, qızlar Huseynə qurban
Yəsribdə ki, qəbilə, ellər Huseynə qurban Bağlı qalan otaqlar, illər Huseynə qurban Başında yeddi qara, xahər Huseynə qurban Ağlar qalan vətəndə, duxtər Huseynə qurban Qovdalidə oğulsuz, madər Huseynə qurban
Altı yaşında qolsuz, Cəfər Huseynə qurban Təll üstünə qaçanlar, yeksər Huseynə qurban Başlarına ucalmış, əllər Huseynə qurban Zeynəb qaçır qabaqda, səslər Huseynə qurban
Qan yaş tökən yağış tək, gözlər Huseynə qurban Başsız qalan bədənlər, yeksər Huseynə qurban Qasim üzündə qanlı, tellər Huseynə qurban Gül bərgi tək hənalı, əllər Huseynə qurban
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!