Seyyid Taleh - Ay Əmoğlu - Xanım Zəhra Mərsiyyəsi/2021
Bütün musiqi platformalarından dinləyə bilərsiniz ⤵️ http://musicwe.co/yerlerhuseynequrban
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Mərsiyyənin sözləri
Ey bağrı qan əmoğlu Zəhrada bağrıqandır. Gəl Fatimə verir can, Çox ağlama amandır. Ey nigarım, qəmgusarım Fatimə göz yaşına qurban Əli can, Dilşikəstə, başım üstə Bir neçə ayə oxu quran Əli can Ay əmoğlu, can əmoğlu Canım olsun canına qurban əmoğlu Ay əmoğlu, can əmoğlu Canım olsun canına qurban əmoğlu
Qaldı ürəkdə çoxlu Qəmli sözüm Əli can Ağlar gözə olaydı Qurban gözüm Əli can Nisgilimdə, möhnətimdə Ruxsarına göz yaşını gəl bağlama sən Getdi səbrim,yandı qəlbim Sən bil Huseynin canı bəsdi, Ağlama sən
Ay əmoğlu, can əmoğlu Canım olsun canına qurban əmoğlu Ay əmoğlu, can əmoğlu Canım olsun canına qurban əmoğlu
Gözlə Əli Huseynin Qəm qəlbin almasın çox Su ver amandı hər şəb Ləbteşnə qalmasın çox Teşnəlikdən dil dodaqı Parça-parça çün olar Kərbubəladə Cismi üryan, sərbəsər qan Gün qabağında qalar dəşti bəladə
Söz, mus - Anonim Aranj - Fəriborz Xatəmi
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!