Sözləri Ey eşqi edən heyran Uşşaqi balam lay-lay Qan ilə olan əlvan Qundağı balam lay-lay
Lay-lay Əli can, lay-lay
Lay-lay Əli can, lay-lay
Gəhvarəyi izzətdə, çıxdı göyə əfğanın Öz məqsədinə çatdın, ta axdı qızıl qanın Tərh oldu bu qan ilə, İslamı sevən qanın Məbhut eylədin əhli, afaqi balam lay-lay
Lay-lay Əli can, lay-lay Lay-lay Əli can, lay-lay
Sən yetdin oğul qətlə, ta ki yaşasın Quran Güldün, gözünü yumdun, etdin gözümü giryan Qılınc kimi kəsdi nazik boğazını peykan Zibh ayəsinin oldun mistaqi balam lay-lay
Lay-lay Əli can, lay-lay Lay-lay Əli can, lay-lay
Sən bürcü səadətdə, ulduz tək axıb getdin Aləmləri yandırdın, ah ilə yaxıb getdin Su axdı oğul sən də, həsrətlə baxıb getdin Sən teşnə ləbə oldu, ox saqi balam lay-lay
Hicrində oğul gərçi, ağlar qalıram yuxla Nazın çəkirəm hər dəm, könlün alıram yuxla Fikr eylə Rubabəm mən, lay-lay çalıram yuxla Ey din yolunun ətşan, müştaqi balam lay-lay
Rəsmi kanalımıza abunə olun http://wedia.link/UPbm1
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!