Seyyid Taleh Boradigahinin yeni ilahisi "Azad Olsun Qarabağ " YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Vəlayət Aytan Mus : Seyyid Taleh Boradigahi Aranjiman : Teymur Şahmarov Klip : Studio TİME
Sözləri
Azadlıq yolunda zalim düşmana Vuran Əsgərimə qurban olaram. Sinəsini sipər edib vətənçün Duran Əsgərimə qurban olaram.
Otuz ildir sürər bu işğal hali Təcəlli eylədi Hakkın cəlali Zülüm zəncirini Hüseyn misali Qıran Əsgərimə qurban olaram.
İgid əsgərimə qurban olaram
Azad olsun Qarabağ! Abad olsun Qarabağ!
Bütün dünya bilir bu savaş niyə Azadlıq ölkəmə olsun hədiyə Düşmən səflərini ya Əli deyə Yaran Əsgərimə qurban olaram.
Zalimlər mazluma verəndə azab Dünya gördü necə verilir cavab Bugün Qarabağ'da düşmandan hesab Soran Əsgərimə qurban olaram.
İgid əsgərimə qurban olaram
Azad olsun Qarabağ! Abad olsun Qarabağ!
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.