Ey dərdi bi dərmanlara dərman Əbəlfəzl Babəl həvaic şəninə qurban Əbəlfəzl
Ey hamının hər yerdə ümmüdü pənahı Həsrət çəkən zəvvarların poştu pənahı Məzlumların səndən sonra yoxdur pənahı Ol mənsəbu imanına qurban Əbəlfəzl
Hər kəs sənin əl atsa, tutsa damənindən Hər giz qayıtmaz dəsti xali məhzərindən Əl çəkmərik biz də sənin pak damənindən Göz tikmişik ehsanına qurban Əbəlfəzl
Ey Kərbəla meydanının rəhmət huması Şənin böyük, qəbrin kiçik, var macərası Bəski vurublar cisminə peykan yarası
Qəlbim olub hicran qəmində şanə-şanə Şeşguşə qəbrin həsrəti od vurdu canə Bu həsrəti qəbrə aparram yanə-yanə Babəl həvaic canına qurban Əbəlfəzl
Söz : La ədri Mus : Seyyid Taleh Boradigahi Aranjiman : Fəriborz Xatəmi Ney : Bəxtiyar Rəncbər Operator : Ramiq Tağızadə, Nizami Eyvazov Montaj : Məmmədağa Vəliyev
Çəkilişə göstərilən dəstəyə görə İNTER AZ-tv yə, xüsusi ilə hörmətli ilahiyyatçı, alim Haci Mətləbə və studyo xərclərinə etdiyi köməkliyə görə Məhbubə xanıma minnətdarliqimizi bildiririk ! Uca Allah mükafatlarını versin
Rəsmi kanalımıza abunə olun http://wedia.link/UPbm1
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!