Seyyid Taleh - Ey vay Ruqəyyə - Getdin qonaq Peyğəmbərə (Məhərrəm Ayı 2020) Söz/Mus : Anonim Aranjiman : Fəriborz Xatəmi Video montaj : Əhlibeyt (a,s) aşiqi (adının qeyd olunmasını istəmir) Maddi dəstək : Məhbubə xanım
Sözlər: Lay-lay gülü, nazım bala Həm dərdu həm razım bala Ayrıldın əmməndən niyə Yat xırda sərbazım bala Can xırda sərbazım bala
Ey vay Ruqəyyə (3) Lay - lay Ruqəyyə
Gördün təbəqdə qanlı baş Ruxsarə tökdün qanlı yaş Bildin ağac möhkəm dəyib Öpdün bu ləblərdən yavaş
Sən naz edərdin afaqa Batdın niyə toz-torpağa Get bəlkə tapdın Əsğəri Lay-lay de qanlı qundağa
Ey vay Ruqəyyə (3) Lay - lay Ruqəyyə
Sən ağlıyanda ağladım Dil dağladın, dil dağladım Can üstə sən Əkbər dedin Axır gözün mən bağladım
Nə haldasan billəm bala Dərdin çəkib ölləm bala Burda səni tək qoymaram Getsəm yenə gəlləm bala
Dərdin bala gizlətmərəm Dağın fəramuş etmərəm Sənsiz əgər imkan ola Mən Kərbəlaya getmərəm
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!