Göy üzündə ay dolanır, yerdə gülür gül-çiçək Görən, haçan birdə yarım qapımızdan keçəcək? Görən, haçan birdə yarım qapımızdan keçəcək? Küsüb getdi yarım mənim, yollar batdı dumana Axı niyə öz eşqimi düz demədim mən ona? Axı niyə öz eşqimi düz demədim mən ona?
Göydəki o tənha ulduz sanki məni andırır Düşündükcə hicran odu ürəyimi yandırır Düşündükcə hicran odu ürəyimi yandırır Bəlkə indi qəm içində baxır o da yollara Axı niyə öz eşqimi düz demədim mən yara? Axı niyə öz eşqimi düz demədim mən yara?