Sofd Music Söz : Gəray Fəzli Music : Emin Sabitoğlu Aranjeman : Muxtar Abseynov
'' Sən Olmuşam ''
Sən coşqun dənizsən, yoxsa bir ada ? Sən şirin nəğməsən, yoxsa bir səda ? Odur ki, sirlərlə dolu dünyada Tək sənin sirrini bilən olmuşam, Sənin gülüşünə gülən olmuşam...
Sevinən , gülən mən olmuşam Sirrini bilən , mən olmuşam, Mən olmuşam...
Sən gedən yolların yolçusuyam mən, Sən gəzən dağların ovçusuyam mən, Sən baxan göylərin ulduzuyam mən, Səninçün alışan, sönən olmuşam Mən özüm deyiləm, mən sən olmuşam...
- nəq -
Alışan, sönən mən olmuşam Özüm deyiləm sən olmuşam, Sən olmuşam...