Yar elə çıxıb getdi ki gələnə oxşamır Bu aşiqin qədrini bilənə oxşamır O elə çıxıb getdi ki gələnə oxşamır Sevgimizin qədrini bilənə oxşamır
Sən nəyi isdəsən onu edərəm sənin üçün Sən güləndə məndə baxıb gülərəm sənin üçün Bir vaxt yalannan deyərdi ölərəm sənin üçün Ama məni öldürməmiş o ölənə oxşamır
Yar elə küsüb getdi ki gələnə oxşamır Sevgimizin qədrini bilənə oxşamır O elə küsüb getdi ki gələnə oxşamır Bu aşiqin qədrini bilənə oxşamır
Hələ mən ümid eliyirəm gələdə bilərmiş Aşiqinə dərdini bölədə bilərmiş Adamın üzü yalannan gülədə bilərmiş Gözlərinin içinə bax gülənə oxşamır
Sevən adamın sevgisi gələr ürəyinnən Aşiqinin öz yerini bilər ürəyinnən İnanmazdım məni o yar silər ürəyinnən Heç deyirdim telefonunnan silənə oxşamır