Xumar Qədimovanın yeni mahnısı "Sevgi Harayı" YouTube'da yayında. Musiqi: Xumar Qədimova Söz: Cəlal Qurbanov
[Bənd 1: Xumar Qədimova] Məni o bütün aləmdə dildən dilə saldı Məcnunu da səhralara Leyli belə saldı Məni o bütün aləmdə dildən dilə saldı Məcnunu da səhralara Leyli belə saldı
Elə vurdu ki, həsrət oxun mənə yarım Sanki yaşılbaş sonanı vurdu, gölə saldı
[Nəqərat: Xumar Qədimova] Mən ona aşiqəm cani – könüldən Necə ki doymayır bülbüllər güldən Mən ona aşiqəm candan, könüldən Necə ki doymayır bülbüllər güldən
[Muğam: Samir Cəfərov] Mən yarə hey yalvardım O mənə naz eylədi Mənim güzarımı dilbər yenə Səhralara saldı
Mən gizli saxlamadım Yara olan eşqi Mən aşikar eylədim O könülə saldı
[Şeir: Rasim Balayev] Məni o bütün aləmdə dildən dilə saldı Məcnunu da səhralara Leyli belə saldı O bir ellər qızıdır, bunu əzəldən bilirdim Düşdüm sorağına, məni eldən – elə saldı
[Nəqərat: Xor – Xumar Qədimova] Mən ona aşiqəm cani – könüldən Necə ki doymayır bülbüllər güldən Mən ona aşiqəm candan, könüldən Necə ki doymayır bülbüllər güldən
Mən ona aşiqəm cani – könüldən Necə ki doymayır bülbüllər güldən Mən ona aşiqəm candan, könüldən Necə ki doymayır bülbüllər güldən
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!