Akrep-in yeni mahnısı "Bilen Yoxdu" YouTube'da yayında.
Söz: Hidayət Orucov Musiqi: Xumar Qədimova Aranjiman: Rəhman Əliyev
Sözlər:
Bu qatarın adı yoxmuş sən demə. Heç bilmirəm mənzil başı haradır Küləkləri geyinmişəm əynimə, saçlarımı səhər yeli daradı. Sənin yolun sakitliyin içinə, mənim yolum tufanadı qaradı.
Bu yaşımda hər dinən saz, saz deyil. Hər qış qışmı hər bahar da yaz deyil. Mənə xoşbəxt deyənlər də az deyil. Bilən yoxdu, bağrım başı yaradı.
İnadının yollarından yavaş aş. Nəyə lazım bu vuruşlar bu savaş. Sənin qəlbin əzəl başdan qara daş, mənim qəlbim elə para-paradır. Əgər mənsiz ömür xoşsa yüz yaşa, gəl qarğama o illərə bu yaşa. Sənə tərəf yüz yol gəlir bir başa. Neyləyim ki, sənin üzün qaradır.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!