Xumar Qədimovanın yeni mahnısı "Bilən Yoxdur" YouTube'da yayında. Musiqi: Xumar Qədimova Söz: Fəxrəddin Ziya
[Bənd 1] Bu qatarın adı yoxmuş, sən demə Heç bilmirəm, mənzil başı haradır? Küləkləri geyinmişəm əynimə Saçlarımı səhər yeli daradı
Heyrət etdim, dünyanın çox köçünə Hər gün düşdüm min qovağın içinə Sənin yolun sakitliyin içinə Mənim yolum tufanadır, qaradır
[Nəqərat] Bu yaşımda hər dinən saz saz deyil Hər qış qışmı? Hər bahar da yaz deyil Mənə xoşbəxt deyənlər də az deyil Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır..
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!