Conservation agriculture in Azerbaijan / KKT Azərbaycanda

  • 13 years ago
Konservasiyalı (qorunan, mühafizə edilən) Kənd Təsərrüfatı yalnız texniki üsul olmayıb ətraf mühitin mühafizəsinə yönəlmiş bir yanaşma növü də sayıla bilər. KKT torpağın şum edilməsinin azaldılması və ya şum edilmənin sıfıra endirilməsinə əsaslanır. Bu zaman torpağın səthinə bitki çürüntüsünün (mulçalama) verilməsi vacibdir. Eyni zamanda bu fəaliyyətlər növbəli əkinin tətbiqi ilə həyata keçirilməlidir. Bu prosesin həyata keçirilməsi ilə istixana qazlarının (su buxarı, karbon dioksid (CO2), metan) atmosferə buxarlanmasının azalması və torpaqlarda artmış karbonun (C) udulması gözlənilir. KKT-nin iqlim və təsərrüfat əhəmiyyətləri aşağıdakılardır:
• Az əmək və yanacaq sərf etməklə sabit məhsul istehsalına nail olunur;
• Torpaqda qida maddələrinin miqdarı artır və onun yuyulması azalır;
• Külək eroziyası azalır, torpaqda karbonun saxlanmasına şərait yaranır;
• Rütubət torpaqda saxlanır və s.

Recommended