Uzun bir yol gedirdik Başın dizim üzərində, yatmışdın sən Şirin-şirin nağıllara batmışdın sən Düşünürdüm ki, mənim soyuq hisslərimi tapmışdın sən Üzülməyi, ağlamağı bir dəfəlik atmışdın sən
Ayrılsaq da, birgə günlərimizi yadına sal Fərz et bunlar ya bir nağıl, ya da masal Gəl son qoyaq qəlbimizdə nifrətə Qarşılıqsız sevdiyini yadına sal...
Sönən ulduz seçirdik Yenə məni diləyində tutmuşdun sən Bir ah çəkib, bütün yolu susmuşdun sən Sevinirdin ki, mənim soyuq əllərimi tutmuşdun sən Üzülməyi, ağlamağı bir dəfəlik atmışdın sən
Söz: Azər Şirin Musiqi: Elçin Cəfərov, Tərlan Məmmədhüseynov Musiqi rəhbəri - Eşqin Ağayev Prodüser - Kazım Sübhan Drums - Elvin Başirov Percussion - Sultan Rzayev Bass - Saleh Məmmədov Guitar - Əli İbrahimzadə Keyboards - Eşqin Ağayev Clarinet - Orxan Musayev Trumpet - Firudin Həmidov Recording - Yaşar Baxış Mix & mastering - Eşqin Ağayev Operator - Mirzə Ələkbərov, Təbriz Hacıyev, Fərzi İsayev, Vüqar Qəhrəmanov Rejissor - İlkin Ümüdov Montaj - Ceyhun İbrahimoğlu Saç - Babək