Nur surəsinin 22-25-ci ayələrinin təfsiri (24 dekabr 2011-ci ildəki söhbətdən)

  • 8 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınırıq. Ya Allah, bismillah. Nur surəsi, 22-ci ayə: "Aranızdakı fəzilət və sərvət sahibləri", əvvəlcə fəzilətli olanlar deyilir. Sərvət sahibləri isə, sonra deyilir. Çünki sərvəst sahibi olub da, fəzilət sahibi olmasa bir şey olmaz, ondan elə də bir şey çıxmaz. Lakin fəzilət və sərvət sahibidirsə o zaman olar, "yaxınlara" yaxınlığında kimlər varsa, yəni qohumlarına, "yoxsullara'' malı, mülkü olmayan kasıblara. "Allah yolunda hicrət edənlərə'', məsələn, evini tərk edib getmişdir, müsəlmanların yanına gəlmişdir, hicrət etmişdir, "onlara verdikləri malı azaltmasınlar, bağışlasınlar və xoş qarşılasınlar". Baxın, həm bağışlamalı, həm də xoş qarşılamalıdırlar. "Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir". 23-cü ayə: "Namuslu, bir şey bilməyən mömin qadınları (zinada) günahlandıranlar, dünyada və axir

Önerilen