Kəhf surəsi 65-79, 82-83-cü ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram, Kəhf surəsinin 65-ci ayəsi:

 "Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər." Bu ayənin əbcəd hesabı 2010-cu ilə işarə edir. 2010 hal-hazırda yaşadığımız ili verir. "Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Yəni “doğru yol olaraq Allahın sənə öyrətdiklərindən mənə müəllimlik etmən üçün sənə tabe ola bilərəmmi?” deyə soruşur. “(Xızır) dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.” Bu mehdiyyətin xüsusiyyətidir, ümumiyyətlə, Kəhf surəsi mehdiyyəti izah edir. Hz. Xızır - hz. Mehdi (ə.s)-ı, hz. Musa (ə.s) da hz. Mehdi tələbələrini ifadə edir, Məsələn, biri deyir ki, “mən Mehdi (ə.s)-a tələbə olmaq istəyirəm”. Ayədə, hz. Xızır (ə.s)-ın ifadəsi ilə bunun çox çətin olduğu bildirilir. Hz. Musanın ifadəsi ilə “yox, asanlaşdıraram” deyər. O isə öhdəsindən gələ bilməyəcəyini deyir. Yəni məktəbinlə, həyatınla, işinlə,  kefinlə, qorxularınla, inandıqlarınla zidd düşər. Çünki, Mehdi (ə.s.) qəti olaraq mücəddid və müctəhiddir (dini yeniləyən, ayələri düzgün izah edən, açıqlayan). Mədinənin imamı belə, İstanbuldakı alimlər belə Mehdi (ə.s)-a qarşı çıxırlar, elə deyilmi? Özünü Allaha həsr etdiyini iddia edən alim belə Mehdi (ə.s)-a qarşı mübarizə aparar. Asan iş deyil. Ayənin davamında Allah buyurur: “Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” Yəni “işin dərinliyindəki əsl hikməti, incəliyi bilmədiyin şeyə necə səbir edərsən”-deyir. Deməli, Mehdi (ə.s) özündən bəhs edəcək. Yəni, insanlar onu qavraya bilmədikləri üçün etiraz edəcəklər. Ayədəki “(Musa) dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam” ifadəsinin, əsasən də “İnşaAllah” deməyin əhəmiyyətini burada da görürük. Deməli, Mehdi (ə.s)-ın etdiklərinə səbir etmək lazımdır, etdiyi işlərdə bir hikmət axtarılmalıdır və səbir edilməlidir. Sonra: “(Xızır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”. Yəni tənqid etməməlisən “bunu niyə belə edirsən, niyə elə edirsən” deməməlisən. "özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”-deyir. Yəni, “lazım olsan özüm sənə deyəcəm, ona qədər heç nə sorumamalısan”. Amma həmişə etiraz edib ona qarşı çıxsan, o zaman səmimi itaət etmiş olmazsan, Allaha səmimi bağlanmış olmazsan. Bunlarla Allah mehdiyyətin tərzini, üsulunu göstərmiş olur. Ayədəki hadisələrlə mehdiyyət arasında bir çox oxşaqlıqlar var. Bu hadisələrlə Allah sanki mehdiyyəti izah edir. Xeyli oxşarlıqlar var.

71-ci ayə: "Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət, (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi." Yəni gəmiyə ziyan verdi, deşdi gəmini. Sonra “(Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün.” Ayədəki bu ifadə Mehdi (ə.s)-a ediləcək etirazlardan birini bildirir Allahualəm. İnsanların Mehdi (ə.s)-a qarşı çıxmalarının səbəbi tələbələrinin sayının 313 nəfərdən ibarət olmasının səbəbi Xızır (ə.s)-ın xüsusiyyətlərini daşımasına görədir. Mehdi (ə.s)-ın etdiyi hər işi az qala qəribə qarşılayacaqlar. Ona görə də ona tabe olmaq, tələbə olmaq çox çətindir. Hz. Musa (ə.s)-da da bunu görürük. "Gəmini içindəkiləri batırmaq üçünmü deşdin."-deyə fikirləşir. Qeyri-obyektiv davranır. Çünki ilk baxışdan, zahirən elə görünür. Amma əslində işin batini istiqamətində haqlı olduğunu, düzgün iş etdiyini görürük. “(Xızır) dedi: “Mən demədim ki, sən mənim yanımda səbir edə bilməyəcəksən?” Bu işin çətin olduğunu əvvəldə deyir. “(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”- dedi. Yəni "işimi asanlaşdır, məni sorğu-sual etmə,” deyir. “Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. Ayənin bu “Yenə yola düzəldilər” diqqət etsək, daim iki nəfərdən bəhs edidiyini görürük. Yəni hz. Mehdiyə və hz. İsaya işarə edir, Allahualəm. Burada hz. Musa (ə.s) hz. Xızır (ə.s)-ı cinayətdə günahlandırır, çox ağır ittihamla günahlandırır. Amma bunun da təbii ki, bir hikməti var. "And olsun, sən pis bir iş etdin" deyir. Halbuki, tabe olmalı idi və heç bir şeyə etiraz etməməli idi. "(Xızır) dedi: “Sənə demədim ki, mənim yanımda səbir edə bilməyəcəksən?" Yəni “bir az əvvəl də demişdim” deyir. Sonra “(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”. dedi. “